02 
Iyl
2021
15:43
458

Gürcüstandan 3 milyon 635 min ABŞ dolları dəyərində 4.171 ton şaftalı və nektarin ixrac edilib

1 iyul tarixinə olan göstəricilərə görə, Gürcüstandan 3 milyon 635 min ABŞ dolları dəyərində 4.171 ton şaftalı və nektarin ixrac edilib.

InterPress.ge xəbər verir ki, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi bu barədə məlumat yayır.

Gürcü şaftalısı və nektarin Rusiya, Ermənistan, Azərbaycan, Belarusiya və Ukraynaya ixrac edilib.

Nazirlikdən bildirildiyinə görə, 2020-ci ildə, eyni dövrdə ixrac olunan şaftalı və nektarinin həcmi 308 ton, dəyəri isə 188 min ABŞ dolları olub.

"Soyuducu və saxlama müəssisələri məhsulun saxlanılması və satışı üçün tam gücü ilə çalışır.

2 iyul tarixinə görə, soyuducu təsərrüfatlardakı şaftalının qiyməti 1.00 GEL-dən 1.40 GEL-ə, nektarin isə 1.20 GEL-dən 1.80 GEL-ə qədərdir.

Şaftalı ixracını asanlaşdırmaq üçün lazımi sənədlər "bir pəncərə" prinsipi əsasında həyata keçirilir. Fitosanitar və gömrük xidmətlərinin nümayəndələri prosesə cəlb olunublar.

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyində məlumat toplama, sistemləşdirmə, fermerlərin və şaftalı distribyutorlarının əlaqəsi üzərində işləyən bir işçi qrupu yaradıldı”, - deyilir məlumatda.

Bizimlə əlaqə saxlayın