02 
Iyl
2021
13:52
949

Bolnisidə çayı plastik qutularla çirkləndirən şəxs saxlanıldı

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Bolnisi Rayon Şöbəsinin əməkdaşları əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2001-ci il təvəllüdlü R.Ş.-nı suyu çirkləndirmək ittihamı ilə saxlayıblar.

InterPress.ge xəbər verir ki, məlumatı DİN yayır.

İstintaq nəticəsində məlum olub ki, bu il 30 iyun tarixində təqsirləndirilən şəxs Bolnisi bələdiyyəsindəki Ktsia çayına külli miqdarda polietilen butulka ataraq çayı çirkləndirib. Faktla bağlı video görüntülər müxtəlif sosial şəbəkələrdə yayılıb.

Hüquq-mühafizə orqanları tezliklə təqsirləndirilən şəxsin kimliyini müəyyənləşdirib və onu Bolnisi-də saxlayıblar.

Suyu çirkləndirmə faktı Gürcüstan Cinayət Məcəlləsinin 292-ci maddəsi ilə araşdırılır. Cinayət bir ilə qədər həbs cəzası nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər