02 
Iyl
2021
11:33
369

İnsan alveri ittihamı ilə Tbilisidə bir nəfər saxlanıldı

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizədə Baş İdarəsinin İnsan Alveri və Qanunsuz Miqrasiya şöbəsinin əməkdaşları, hakimin qərarı əsasında 1984-cü il təvəllüdlü Q.Ç.-nı Tbilisidə insan alveri ittihamı ilə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

"İstintaq təqsirləndirilən Q.Ç.-nin maddi fayda əldə etmək üçün insan alveri planı hazırladığını müəyyənləşdirdi. O, 1976-cı il təvəllüdlü N.Ç.-dan alçaltmaq, fiziki şiddətdən istifadə etmək təhdidi ilə, Tbilisinin müxtəlik küçələrində dilənməsini tələb edib. Təqsirləndirilən şəxs N.A.-nın qeyd olunan yolla topladığı pulları mənimsəyib", - Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunur.

İdarədən verilən məlumata görə, insan alveri faktı ilə bağlı istintaq Cinayət Məcəlləsinin 143-cü prima maddəsinin birinci hissəsi ilə davam etdirilir.

Cinayət 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər