Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Dövlət əmlakını mənimsəyən üç nəfər saxlanıldı

470
Dövlət əmlakını mənimsəyən üç nəfər saxlanıldı
Dinləmək üçün basın

Maliyyə Nazirliyinin İstintaq Xidmətinin İstintaq Departamentinin Mçxeta-Mtianeti şöbəsinin əməkdaşları saxta sənədlər hazırlama-istifadə etmə yolu ilə külli miqdarda dövlət əmlakını mənimsədikləri üçün üç nəfəri…

Maliyyə Nazirliyinin İstintaq Xidmətinin İstintaq Departamentinin Mçxeta-Mtianeti şöbəsinin əməkdaşları saxta sənədlər hazırlama-istifadə etmə yolu ilə külli miqdarda dövlət əmlakını mənimsədikləri üçün üç nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı İstintaq Xidməti yayır.

İdarədən verilən məlumata görə, istintaq zamanı saxlanılan şəxslərin saxta sənədlərdən istifadə edərək Mçxeta Bələdiyyəsinin Codoreti kəndi yaxınlığında ümumi sahəsi 24.600 m2 olan 3 dövlət mülkiyyətində olan torpaq sahəsini fırıldaqçılıq yolu ilə qeydiyyatdan keçirdikləri müəyyənləşib. Hadisə ilə bağlı təyin olunmuş əmtəə ekspertizasının nəticəsinə əsasən, qanunsuz əldə edilmiş torpağın bazar dəyəri 1 267 781 GEL təşkil edib.

“İstintaqa başlanılan kimi qanunsuz olaraq əldə edilmiş torpaq sahələrinə dərhal qadağa qoyuldu və müvafiq hüquqi prosedurlardan keçdikdən sonra dövlətə qaytarılacaq.

Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin "b" bəndinə və 362-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən istintaq aparılır ki, bu da 6 ildən 9 ilədək həbs cəzası nəzərdə tutur.

Cinayət birliyində olan digər şəxslərin müəyyənləşdirilməsi üçün istintaq tədbirləri davam etdirilir ”, - deyə məlumatda bildirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →