TV Pirvelinin çəkiliş qrupuna hücum edən şəxs saxlanıldı
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Çalka rayon bölməsinin əməkdaşları TV Pirvelinin çəkiliş qrupuna qarşı olunan hücum faktı ilə əlaqədar 1967- ci il təvəllüdlü Q.A-nı Çalkada saxlayıblar.
InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, istintaqla təsdiq olundu ki, cari ilin 30 iyun tarixində Çalka bələdiyyəsinin Cincğaro kəndində TV Pirvelinin jurnalistləri və operatorları ilə qarşıdurma yaşanıb. Onlara təzyiq olunub və fəaliyyətə qanunsuz müdaxilə edilib.
"Cinayət 2 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur
Jurnalistin zorakılıq və peşə fəaliyyətinə qanunsuz müdaxilə faktı ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 126 və 154-cü maddələri ilə aparılır"- deyə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.


