Vaşlovani Qoruğunda baş verən yanğın söndürüldü
Vaşlovani Qoruğunda baş verən yanğın söndürülüb.
InterPress.ge xəbər verir ki, bu barədə Fövqəladə Hallar İdarəetmə Xidmətindən bilirilib.
Daxili İşlər Nazirliyinin "112" İctimai Təhlükəsizlik İdarəetmə Mərkəzinə daxil olan məlumata görə, Vaşlovani Qoruğunda güclü tüstü müşahidə olunub və yanğınsöndürənlərin köməyinə ehtiyac duyulub. Fövqəladə Hallar İdarəetmə Xidmətinin əməkdaşları bildiriş alan kimi qoruğun ünvanına yola düşüblər.
"Hadisə yerinə gələn yanğınsöndürən qruplarının verdiyi məlumata görə, yanğın yarpaqlı meşənin alt örtüyünə, yıxılmış ağaclara və kötüklərə yayılıb.
Çətin ərazi səbəbindən yanğın xilasetmə vasitələri yanğın ocaqlarına aparıla bilməyib, buna görə də, yanğın-xilasetmə qrupları sönmə prosesinə şəxsi avadanlıqlarla başlamalı olublar", - məlumatda qeyd olunur.


