30 
Iyn
2021
19:35
302

Aksizsiz tütün və alkoqol məhsullarının qanunsuz saxlanılması və daşınması faktları aşkar edildi

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Vergi Monitorinqi Departamentinin Monitorinq şöbəsinin əməkdaşları Samtredia, Cğaltubo, Zuqdidi və Tbilisidə həyata keçirilmiş tədbirlər nəticəsində 4 282 qutu aksizsiz tütün və 9 litr aksizsiz konyak məhsullarını saxlamaq və daşımaqla əlaqədar 8 fakt aşkar ediblər.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gəlirlər Xidməti yayır.

Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinin 5-ci hissəsinə əsasən qanun pozan vətəndaşlar aksizsiz mallardan məhrum edilib.

Gürcüstan İnzibati Xətalar Məcəlləsinin 1552-ci maddəsinə əsasən, qanun pozan vətəndaşlara qarşı inzibati xətalar protokolları tərtib edilmiş və materiallar məhkəməyə təhvil verilmişdir.

Gürcüstan Vergi Məcəlləsinin 271-ci maddəsinin 7-ci hissəsinə uyğun olaraq, bir fakt üzrə materiallar Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinə göndərilmişdir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər