Zestaponidə baş verən qətl hadisəsi ilə əlaqədar müfəttiş-müstəntiq saxlanıldı
Zestaponidə qəsdən adam öldürmə hadisəsində, odlu silahın və döyüş sursatlarının verilməsi faktı barədə (Cinayət Məcəlləsinin 236-cı maddəsinin 5-ci hissəsi), Gürcüstan Daxili İşlər Nazirliyinin Raca-Leçxumi və Kvemo Svaneti Polis İdarəsinin müfəttiş-müstəntiqi L.Z. saxlanılıb.
InterPress.ge xəbər verir ki, məlumatı Prokurorluq yayır.
İdarədən verilən məlumata görə, qeyd olunan faktla əlaqədar Daxili İşlər Nazirliyinin əməkdaşları qəsdən adam öldürmək, odlu silah və döyüş sursatlarının qanunsuz alınması-daşınmasına görə (Cinayət Məcəlləsinin108 və 236-cı maddələrinin 3-cü və 4-cü hissələri) R.B.-nı, maddi sübutları məhv etdiyinə görə isə (Maddə 368) X.Q.-nı saxlayıblar.
"İstintaq 30 iyun 2021-ci ildə Zestaponidə, yaşayış evlərindən birində qonaqlar arasındakı şifahi mübahisənin fiziki qarşıdurmaya çevrildiyini, R.B.-nın L.Z-ya məxsus odlu silahla V.B.-ya atəş açdığını müəyyənləşdirdi. Sinə nahiyəsindən alınan yara nəticəsində V.B. xəstəxanaya aparılanadək öldü.
İstintaqla, X.Q.-nin cinayətdən sonra hadisə ilə əlaqəli əhəmiyyətli dəlilləri məhv etdiyi də müəyyən edildi. Gürcüstan Daxili İşlər Nazirliyinin Raca-Leçxumi və Kvemo Svaneti Polis İdarəsinin müfəttiş-müstəntiqi L.Z.-ya qarşı cinayət işi ayrıca aparılır. İstintaq Prokurorluq tərəfindən aparılır", - deyilir məlumatda.
İdarədən verilən məlumata görə, cinayət işləri üzrə istintaq davam edir.


