30 
Iyn
2021
16:06
434

Külli miqdarda bəyan edilməmiş pulun ölkəyə gətirilmə faktlarının qarşısı alındı

"Kutaisi Hava limanı" gömrük keçid məntəqəsində, Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük əməkdaşları şübhə əsasında, Qazaxıstan və Gürcüstan vətəndaşları ilə müsahibə zamanı, bəyan olunmamış 30.010 ABŞ dolları, 120 qazax təngəsi və 24.915 avronun qaçaqmalçılıq yolu ilə gətirmə cəhdlərinin qarşısını alıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən məlumat verilib.

Məlumata görə, Milli Bankın məzənnəsinə görə, müxtəlif ölkələrin xarici valyutalarında, mövcud bəyan olunmayan məbləğ ümumilikdə 188 751,53 GEL təşkil edib.

"Gürcüstanın Gömrük Məcəlləsinin 169-cu maddəsinin 2-ci hissəsinə əsasən, qanun pozan vətəndaşların hər biri sanksiya olaraq 5000 lari məbləğində cərimələndi", - deyilir məlumatda.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər