Vaşlovani Dövlət Qoruğunda yanğın baş verib.
InterPress.ge xəbər verir ki, yanğın meşədə, çoxillik ağaclarda başlayıb.
Dedopliscğaro yanğın-xilasetmə qrupları hadisə yerinə cəlb olunub.
Qoruq rəhbərliyindən verilən məlumata görə, yanğına, ehtimal ki, ildırım düşməsi səbəb olub. Bu mərhələdə yanğının nə qədər əraziyə yayıldığı bilinmir.
