2020-ci ildə neçə nəfər vəfat edib? - STATİSTİKA
2020-ci ildə Gürcüstanda 50.537 nəfər ölüb. Ölüm səbəbləri arasında 43.8%-lik göstərici ilə qan dövranı xəstəlikləri ilə vəfat edənlər üstünlük təşkil edir, 16.0%-i xərçəng xəstəliyindən, 7.9%-i isə tənəffüs sistemi xəstəliklərindən vəfat edib.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Statistika İdarəsinin məlumatında qeyd olunub.
Bununla birlikdə, Geostata görə, 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Beynəlxalq Xəstəliklər və Sağlamlıq Problemləri Təsnifatının onuncu versiyasına yeni bir ölüm səbəbi də əlavə edilmişdir ki, bu da Covid-19-dur. Qeyd olunan səbəblə 2020-ci ildə Gürcüstanda 2 587 nəfər ölüb, bu da ölkədəki ölüm hallarını 5,1 faizini təşkil edir.
İdarədən bildirdiyinə görə, beş yaşınadək ölən uşaqlarda perinatal dövrdə aşkarlanan xəstəliklər üstünlük təşkil edir. Travma, zəhərlənmə və xarici səbəblərin təsir göstərməsinin müxtəlif nəticələri 5-39 yaş arasında üstünlük təşkil edir, çünki bədbəxt hadisə hallarının ehtimalı bu yaş qrupu üçün nisbətən yüksəkdir. Qan dövranı sistemi xəstəliklərindən və xərçəng xəstəliyindən ölüm halları ən çox 40 yaş və yuxarı əhalidə görülür.


