Marneulinin Mədəniyyət Mərkəzinin teatrı Tbilisidə oynayacaq
Marneulinin Mədəniyyət mərkəzinin teatrı 1-2 iyul tarixlərində Tbilisidəki Hərəkat Teatrında oynayacaq.
Mədəniyyət Mərkəzinin direktoru Nato Şavişvilinin Interpress.ge-yə verdiyi məlumata görə, Mədəniyyət Mərkəzinin teatrı İoseb Bakuradze tərəfindən dəvət olunub.
"İoseb Bakuradzenin bir layihəsi var, onun çərçivəsində bölgələrdən müxtəlif teatrları dəvət edilib. Dəvət olnumş teatrlar arasında bizim teatr da yer alır. O, tamaşamızı gördü və bizi dəvət etdi."- Şavişvili qeyd edir.
Aleksi Çiğvinadzenin Duruji Mükafatını qazanan "Marina Revia" pyesi, 12 May tarixində Marneuli Mədəniyyət Mərkəzinin səhnəsində oynanmışdı.
Tamaşada aksiya ananın 15 ildən sonra həbsxanadan qayıtdığı bir ailədən bəhs edir.
Övladının yadlaşdığı, 15 il sonra həbsxanadan çıxıb ailəsinə qayıdan ana, 15 illik həsrət, 15 illik ağrı və heç kimin günahkar olmadığı bir hekayə.
Tamaşanı təqdim edir:
Rejissor Qoça Xviçia
Rəssam Tato Qeliaşvili
Oyunçular:
Maro Goxadze
Tatia Tataraşvili
Keti Abaşidze
Zura Xaptani


