İyun ayında neçə nəfərə təzminat verildi?
İyun ayında muzdlu işçilər üçün200 lari təzminat verildi.
InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat verib.
Məlumata görə, bu gün iyun ayında 200 lari təzminat, 102,665 adama köçürüldü ki, bu da ümumilikdə 20 533 000 lari təşkil edir.
"Hədəfli, böhran əleyhinə planla, pandemiyanın ikinci dalğası nəticəsində işini itirən vətəndaşlara təzminatın ödənilməsi davam edir. Bu təzminat yalnız işsiz qalan Gürcüstan vətəndaşlarına aiddir.
Bu günə qədər iyun ayında 200 lari yardım 102.665 nəfərə köçürüldü ki buda 20.533.000 lari təşkil edir.
Məlumat üçün bildirək ki, cari ilin yanvar ayı ərzində 106.389 nəfərə 21.277.800 lari məbləğində təzminat köçürülmüşdür;
Fevral ayında 140.029 nəfər - 28.005.800 lari;
Mart ayında 26 136 600 lari - 130 683 nəfər.
Aprel ayında 120.496 nəfərə- 24.099.200 lari ödəmə edildi.
May ayına gəldikdə 109 086 nəfər - 21 817 200 lari.
Gürcüstan hökumətinin böhran əleyhinə iqtisadi planının bir hissəsi olaraq, 2021-ci ilin yanvar ayından etibarən işsiz qalan işçilər 6 ay müddətinə 200 lari aylıq müavinət alacaqlar. Məlumat üçün yanvar-fevral aylarında qeydiyyatdan keçən işəgötürənlərin təzminat müddəti 6 ayın sonuna qədər uzadılacaq"- məlumatda bildirilir.


