30 
Iyn
2021
11:23
428

Külli miqdarda rüşvət almaq faktı ilə əlaqədar fraksiya sədri saxlanıldı

Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları, aparılmış əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində, külli miqdarda rüşvət almaq faktı ilə əlaqədar, Ambrolauri bələdiyyə şurasının fraksiyalarından birinin sədrini saxlayıblar.

InterPress.ge xəbər verir ki, məlumatı DTX yayır.

İstintaqla müəyyən edilib ki, bələdiyyə şurasının fraksiyalarından birinin sədri vətəndaşı, Tbilisi Bələdiyyəsi meriyasının müvafiq xidmətinin əməkdaşları vasitəsilə Tbilisidə yerləşən ərazidə tikinti əmsalı artımını təmin edəcəyinə inandırıb və rüşvət olaraq 140 000 ABŞ dolları tələb edib.

“Fraksiya sədri 29 iyun 2021-ci ildə rüşvət şəklində tələb olunan məbləğin bir hissəsini - 30.000 ABŞ dollarını əvvəlcədən almağa çalışarkən saxlanıldı.

Xüsusilə külli miqdarda rüşvət alma faktı ilə bağlı istintaq aparılır.

İstintaq Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyi tərəfindən aparılır”, - deyilir məlumatda.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər