Abituriyent hansı halda xəbərdarlıq edilmədən imtahandan çıxarılacaq? - Milli İmtahan Mərkəzi məlumat yayır
İmtahan vermə qaydaları bütün imtahan verənlərin hüquq və mənafelərinə xidmət edir. Bu qaydalarla sektorda iş şəraitinin yaradılması və prosesin ədalətli və obyektiv aparılması təmin edilmişdir.
InterPress.ge xəbər verir ki, bu barədə Milli İmtahan Mərkəzindən məlumat verilib.
Məlumata görə, xəbərdarlıq edilmədən imtahandan bu şəxslər çıxarılacaq: lüğət, cib telefonu, kalkulyator və ya digər elektron cihazların (saatlar daxil olmaqla) imtahan otağına gətirilməsi, buna əşyaların qapalı vəziyyətdə də aşkarlanması da daxildir.
"Xəbərdarlıq edilmədən imtahandan çıxarılacaq: köməkçi material istifadə edildikdə və ya aşkar edildikdə;
Qaydanın kobud şəkildə pozulması, habelə imtahan prosesində iştirak edən şəxsin təhqir edilməsi və ya buna bənzər bir halın olması;
Alkoqol, narkotik və ya psixotrop maddələrin təsiri altında olduqda.
Yeni koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı qaydaların pozulması halında xəbərdarlıq ediləcək və qaydalara riayət etməyinizin vacibliyi bildiriləcək. Qeyd olunanları yerinə yetirmədiyiniz təqdirdə imtahandan kənarlaşdırılacaqsınız.
İmtahan verən şəxs imtahan nəzarətçisinin və ya digər məsul şəxsin qərarına, o cümlədən imtahandan kənarlaşdırılmasına tabe olmalıdır.
Müəyyən olunmuş prosedurun pozulması halında, həmin gün saat 21: 00-a qədər İmtahan Mərkəzinin binasına pretenziya ərizəsini təqdim etmək hüququnuz var ", - deyə Milli İmtahan Mərkəzinin yaydığı məlumatda bildirilir.


