İyulun 1-dən toylara icazə veriləcəkmi sualına cavab
Artıq iki ildir dünyanı öz cənginə alan koronavirus pandemiyasından irəli gələrək Gürcüstanda istənilən sosial tədbirlərin keçirilməsinə məhdudiyyətlər qoyulub.
InterPress.ge xəbər verir ki, bu isə Gürcüstanda əhali arasında bu günədək narahatlıq doğurur.
İctimaiyyət arasında yayılan məlumata görə isə 1 iyul tarixindən açıq səmada istənilən növ sosial tədbirlərin onlar arasında toyların keçirilməsinə də icazə veriləcək.
InterPress.ge xəbər portalı bu məlumatın doğru olub- olmadığını müəyyən etmək üçün qaynar xəttlə əlaqə saxladı.
"Xeyr bu məlumat həqiqəti əks etdirmir. Ölkədə mövcud pandemiyadan irəli gələrək istənilən növ sosial tədbirlərin keçirilməsinə görə məhdudiyyətlər qüvvədə qalmaqdadır"- açıqlamada bildirilir.


