Qəsdən adam öldürmək ittihamı ilə bir nəfər saxlanıldı
Ölümlə nəticələnən sağlamlığa qəsdən ağır bədən xəsarəti yetirmək ittihamı ilə Qoridə, 1984-cü il təvəllüdlü Ş.Q. saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.
Polis bölməsindən verilən məlumata görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs, 3 iyun tarixində, Qori şəhərində, 1979-cu il təvəllüdlü Z.R.-nı odlu silahla yaralayıb və hadisə yerindən qaçaraq gizlənib. Yaralı tibb müəssisəsinə aparıldıqdan bir müddət sonra ölüb.
"Polisin apardığı şəxsi axtarış nəticəsində, ehtimal ki, narkotik tərkibli toz halında maddə və 5 ağ həb ələ keçirildi", - idarədən verilən məlumatda bildirilir.
Gürcüstan Cinayət Məcəlləsinin 117 və 260 maddələri ilə istintaq davam edir. Cinayət 4 ildən 7 ilədək həbs cəzası nəzərdə tutur.


