28 
Iyn
2021
15:23
464

Parlamentdə Rusiya himni səsləndirildi

Parlamentin növbədənkənar plenar iclasında plenar debatların gedişatı zamanı Rusiyanın himni səsləndirilib.

InterPress.ge xəbər verir ki, Rusiyanın himnini isə Vahid Milli Hərəkat birləşmiş müxalifət "Güc Birlikdədir" partiyasının üzvü Nona Mamulaşvili qurub.

Mamulaşvili himni insan haqları və vətəndaş inteqrasiyası komitəsinin sədri Mixeil Sargveladze tribunada çıxış edərkən səsləndirib.

Parlamentin sədri kaxa Kuçava isə müxalifət nümayəndəsinə müraciət edərək onun bu hərəkətinin utancverici olduğunu qeyd edib.

"Bravo! Gürcüstanın Müstəqilliyi Aktının imzalandığı yerdə siz Rusiya himnini səsləndirirsiniz. Çox şəffaf nümunədir. Bu utancvericidi Nona xanım. Bu hər şeyi aydın göstərir, görən görəcək"- Kuçava.

Məlumat üçün bildirək ki, bu gün Parlamentin növbədənkənar sessiyası baş nazirin illik hesabatı siyasi debatla başladı.

Bizimlə əlaqə saxlayın