Marneuli şəhərində ilk dəfə ədəbi festival baş tutdu
Bu gün 28 iyun, saat 12:00-da Marneuli şəhərində ilk dəfə ədəbi festival baş tutdu.
InterPress.ge xəbər verir ki, festival Marneulinin İctimai Kitabxanasının önündə, Marneuli Ədəbi Festivalı 2021 keçirildi.
Marneulinin Ədəbi Festivalının, pilot versiyası bu il ilk dəfə Marneulidə təşkil edilən bir ədəbi tədbirdir. Festival Beynəlxalq İnkişaf və Mədəniyyət Məktəbi, Marneuli bələdiyyəsinin Mədəniyyət Mərkəzi və Marneuli bələdiyyəsinin İctimai Kitabxanasının təşəbbüsü və təşkilatçılığı ilə innovativ bir şəkildə, dəyirmi masa prinsipi ilə keçirildi.
Xüsusi olaraq festival çərçivəsində, "Dioqene" nəşriyyatı kitab sərgi-satışını təşkil etdi, vətəndaşlar güzəştli qiymətlərə kitab ala və bələdiyyədəki müasir nəşr sektorunun fəaliyyəti ilə tanış oldular.
Marneulinin İctimai Kitabxanası və Marneulinin "Amerika Guşəsi" festivalda öz guşəsi ilə təqdim olundu.
Festivalın məqsədi yerli əhali arasında kitab oxumağı təbliğ etmək, bələdiyyədə yerli yazıçıların məlumatlılığını artırmaq / təşviq etmək və bölgədə nəşriyyat sektorunun inkişafını təşviq etməkdir.
Festival Gürcüstan Yazıçılar Evi, Marneuli bələdiyyəsinin Meriyası, Gürcüstan Elmi Tədqiqat İncəsənət İnstitutu, "Dioqene" Nəşriyyatı və Marneulidəki "Amerika Guşəsi" tərəfindən dəstəklənir.



