28 
Iyn
2021
11:31
940

16 yaşlı uşaq güllələndi

Ozurqetidə 16 yaşlı oğlanı yaralayıblar.

InterPress.ge xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxs odlu silahdan vurulub.

O, boğazından xəsarətlər alıb.

Yaralı yaşıdları tərəfindən Ozurqeti Xəstəxanasına aparılıb.

Klinikaya gətirildikdən bir neçə dəqiqə sonra yeniyetmə huşunu itirib. Bədənində ağır xəsarətlər aşkarlandığı üçün tibb bacıları polis çağırıb. Onlar ailə üzvlərini də xəbərdar ediblər.

Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra sedasiya vəziyyətində Kutaisidəki xüsusi klinikalardan birinə aparılıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər