28 
Iyn
2021
10:56
479

Pandemiya səbəbindən tətbiq olunan cərimələrin silinməsi ilə bağlı qanunlayihə müzakirə ediləcək

Bu gün, 28 iyun tarixində Parlament Bürosuna qanunvericilik paketi təqdim ediləcək.

InterPress.ge xəbər verir ki, pandemiya səbəbindən tətbiq olunan qaydaları pozduğuna görə, cinayət məsuliyyətinə cəlb olunanlara amnistiya tətbiq ediləcək.

Bundan əlavə, Covid qaydalarını pozduqlarına görə cərimələnən vətəndaşlar inzibati cərimələrdən və cərimə ödəmək öhdəliklərindən azad olacaqlar.

Hökumətə görə, 245 mindən çox vətəndaş və 344 hüquqi şəxs inzibati cərimələrdən azad ediləcək. Söhbət təcrid, karantin və maska taxmaq qaydalarını pozduğu üçün tətbiq olunan 76 milyon lariyə yaxın ödənilməmiş cərimələrdən gedir.

“Əlbətdə ki, pandemiyanın yaratdığı ağır sosial-iqtisadi vəziyyəti nəzərə alaraq bu qərarı verdik.

Pandemiya zamanı bir çox vətəndaşımız təsirləndi. 2020 çox çətin bir il oldu və bu cəzalar onlar üçün əlavə bir yükdür. Əlbəttə ki, virusu idarə edərkən qaydalara riayət etməyin lazım olduğunu başa düşürük, lakin bu, ilk növbədə, vətəndaşlarımızın iqtisadi vəziyyətini yüngülləşdirmək üçün çox vacibdir"- İrakli Ğaribaşvili.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər