28 
Iyn
2021
10:33
407

Polis Tbilisidə iki nəfəri saxladı

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları keçirilmiş əməliyyat və istintaq tədbirləri nəticəsində 1989-cu il təvəllüdlü T.K.-nı qəsdən sağlamlığa ağır zərər vurmaqda və keçmişdə məhkum olmuş 1986-cı il təvəllüdlü A.M.-nı cinayət haqqında məlumat verməmək ittihamı ilə Tbilisidə saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat Daxili İşlər Nazirliyi tərəfindən yayılıb.

İdarədən verilən məlumata görə, istintaq bu il 27 iyun tarixində T.K-nın teleferik işçisi, 1987-ci il təvəllüdlü Q.P.-yə soyuq silahla yaralar vurduğu və dostu A.M. ilə birlikdə hadisə yerindən qaçdığını müəyyənləşdirib.

Hüquq-mühafizə orqanları hadisədən bir neçə saat sonra isti təqib ilə hər ikisini saxlayıb.

Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurmağı və cinayət barədə məlumat verməməyi nəzərdə tutan 117 və 376-cı maddələri ilə istintaq aparılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər