InterPress.ge xəbər verir ki, yerli sakinlərin verdiyi məlumata görə, avtomobil dərəyə yuvarlanıb.
Onların sözlərinə görə, avtomobildə yalnız sürücü olub. Hüquq-mühafizə orqanları hadisə yerinə səfərbər olublar.
Gürcüstanın Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fakt Cinayət Məcəlləsinin yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasını nəzərdə tutan 276-cı maddəsinin 6-cı hissəsi ilə araşdırılır.
