27 
Iyn
2021
18:50
1759

Bolnisidə ağır yol qəzası baş verdi – Yaralılar var + VİDEO

Bolnisidə ağır yol qəzası baş verib.

InterPress.ge xəbər verir ki, qəza Bolnisinin Naxiduri (Arıxlı) və Çurtavi (Kolayır) kəndlərinin kəsişməsində baş verib.

Şahidlərin sözlərinə görə, yüksək sürətlə hərəkət edən BMW markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı beton maneə çırpılıb, çırpılmadan sonra avtomobil alovlanıb.

Məlumata görə, avtomobildə bir nəfər olub. O, Çurtavi (Kolayır) kənd sakini tərəfindən yanan avtomobildən çıxarılıb.

Sürücü müxtəlif bədən xəsarətləri alıb, xilas edən şəxs isə yanan avtomobildən onu çıxarmağa çalışarkən yüngül yanıq xəsarətləri alıb. Yaralı Tbilisidə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis və xilasetmə qrupları cəlb olunub.

Qeyd edək ki, avtomobilin sürücüsü Arıxlı kənd sakinidir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər