Marneulidə ağır yol qəzası baş verdi – Çoxlu sayıda yaralı var
Marneuli-Şulaveri yolunda ağır yol qəzası baş verib.
InterPress.ge xəbər verir ki, qəza sözü gedən yolun Çereteli kənd hissəsində baş verib.
Qəza nəticəsində BMW markalı avtomobillə Fort markalı avtomobil toqquşub.
Şahidlərin sözlərinə görə, qəza zamanı Fort markalı avtomobildə azyaşlı uşaqda daxil olmaqla beş nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti ağır olduğu bildirilir.
Yaralılar şahidlərin köməyi ilə Marneulidə yerləşən xəstəxanalardan birinə qaldırılıb.
Marneulinin Geo Hospitals klinikasında verilən məlumata görə, yaralılardan biri Tbilisiyə Nyu Hospitals klinikasına yerləşdirilib.
"Günün birinci yarısı da klinikamıza yol qəzaşlsında xəsarət alan pasiyent gətirdilər. Onda neyrocərrahiyyə aparıldı və daha sonra Tbilisiyə Nyu Hospitalsa göndərildi"- Marneulinin Geo -Hospitals klinikasından bildirildi.
Hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb olunub.




