Rustavidə, 13 saylı dövlət məktəbinin həyətində yanğın baş verib.
InterPress.ge xəbər verir ki, atəş meydandakı otlarda başlayıb.
Hadisə yerinə çağırılan xilasetmə qrupları yanğını qısa müddətdə söndürməyi bacarıblar.
Yanğın nəticəsində xəsarət alan olmayıb.
