Azərbaycanın Gürcüstandakı Səfirliyi müsabiqə elan edir
Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı rəsmi müsabiqəsi keçiriləcək.
InterPress.ge xəbər verir ki, müsabiqə Azərbaycanın Gürcüstandakı Səfirliyi tərəfindən elan olunub.
Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı rəsm müsabiqəsini elan edir.
Səfirlik, həmçinin bildirir ki, Azərbaycan Respublikasının Prezidentinin 5 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilmişdir.
Gürcüstanın 15 yaşından yuxarı vətəndaşları arasında Nizami Gəncəviyə və onun əsərlərinə həsr olunan ən yaradıcı rəsm əsərinə malik olan şəxslər Səfirlik tərəfindən diplom və müxtəlif hədiyyələrlə, həmçinin digər müsabiqə iştirakçıları da sertifikatla təltif olunacaqlar.
Müsabiqənin nəticələri 6 iyul 2021-ci il tarixində açıqlanacaq.
Müsabiqədə iştirak etmək istəyən şəxslərdən mövzü üzrə rəsm əsərlərini 4 iyul 2021-ci il tarixinədək Səfirliyə (ünvan: Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 4) təqdim edə bilərlər.
Müsabiqə ilə bağlı ətraflı məlumat almaq istəyən şəxslərdən Səfirliyin (+995 32) 224-30-04 nömrəsi ilə əlaqə saxlaya bilərlər.


