26 
Iyn
2021
16:54
343

Aksizsiz tütün və alkoqol məhsullarının qanunsuz saxlanması və daşınması faktları aşkarlandı

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Vergi Monitorinqi Departamentinin Monitorinq şöbəsinin əməkdaşları Kutaisi və Qardabani bölgəsində aparılan tədbirlər nəticəsində, 474 qutu aksizsiz tütününün və 8 litr aksizsiz alkoqolun qanunsuz saxlanılması və daşınması ilə bağlı 3 hadisə aşkar ediblər.

InterPress.ge xəbər verir ki, məlumatı Maliyyə Nazirliyinin İstintaq Xidməti yayır.

Məlumata görə, Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 192-cü maddəsinin 5-ci hissəsinə əsasən, qanunu pozan vətəndaşların aksizsiz malları əllərindən alınıb. 2 halda İnzibati Xətalar Məcəlləsinin 155²-ci maddəsinə əsasən, qanun pozan vətəndaşlara qarşı inzibati xəta haqqında protokollar tərtib edilmiş və iş materialları məhkəmənin səlahiyyətinə uyğun olaraq göndərilmişdir. Digər 3-cü halda isə Gürcüstan Vergi Məcəlləsinin 271-ci maddəsinin 7-ci hissəsinə uyğun olaraq, iş materialları Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinə göndərilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər