Acarada 60- a yaxın mehmanxana mükafatlandırılıb
Acarıstanda karantin layihəsində iştirak edən mehmanxanalara pandemiya ilə mübarizədə verdikləri töhfəyə görə xüsusi mükafatlar və təşəkkürnamələr təqdim olundu.
InterPress.ge xəbər verir ki, Batumidə Acarıstan Turizm Departamenti tərəfindən keçirilən tədbirdə 60 mehmanxana nümayəndələri mükafatlandırıldı.
Mərasimdən əvvəl Acarıstan Turizm şöbəsinin müdiri Tinatin Zoidze, karantin layihəsi haqqında qısa bir məruzə edərək, virusun yayılmasının qarşısının alınmasında və pandemiyanın idarə edilməsində karantin bölgələrinin əhəmiyyətini vurğuladı.
“Layihədə iştirak edən, yorulmadan çalışan və çətinliklərə baxmayaraq, görünməz düşmənlə mübarizədə bizimlə birlikdə olan mehmanxana işçilərinin hər birinə xüsusi təşəkkürümü bildirirəm. Acarıstandakı karantin layihəsində 3000-dən çox otağı olan 60 otel səfərbər edildi, burada keçən il təxminən 70.000 vətəndaşı qəbul etdik. Minnətdarlıqdan əlavə, karantin layihəsi iştirakçılarını və ümumilikdə turizm sektorunun nümayəndələrini bu il də bütün standartlara və qaydalara uyğun olaraq turistləri qəbul etməyə davam etməyə çağırırıq."- Tinatin Zoidze.
Layihədə iştirak edən otellərin nümayəndələrinə Acarıstan Hökümətinin Sədri, Ali Şuranın Sədri, Batumi meri, Acarıstanın Turizm şöbəsinin müdiri, Hökümət üzvləri tərəfindən xüsusi mükafatlar təqdim edildi.
Acarıstan Turizm Departamenti Acarıstan bölgəsindəki karantin bölgələrini idarə etməyə davam edir. Bu mərhələdə, bölgədəki sabit vəziyyət nəzərə alınaraq, yalnız iki kovid mehmanxana və bir standart sərhəd karantin zonası mövcuddur. 2021-ci il yanvarın 1-dən iyun ayının 1-dək ümumilikdə 3145 vətəndaş Kovidmehmanxanalarda, 912 vətəndaş standart karantin xidmətlərindən istifadə etmişdi.


