26 
Iyn
2021
10:55
663

Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 754 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 362 937 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 438 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 348 705 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 12 nəfər ölüb və ölənlərin ümumi sayı 5 255 nəfər təşkil edib.

Qeyd edək ki, son 24 saat ərzində 35 928 test aparılmışdır. Bunlardan 16 639-u sürətli antigen testi, 19 289-u isə PCR testidir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər