Telman (Davit) Pirqasımov - Abxaziya müharibəsində Gürcüstanın birliyi üçün həyatını qurban vermiş Gürcüstan vətəndaşıdır.
Telman, 1 sentyabr 1992-ci ildə 103-cü taburda xidmətə çağrılıb və düşmən hücumlarını dəf etmək üçün Qaqra-Leselidze istiqamətində xidmət edib.
Qaqra-Leselidze xəttindən sonra, 1992-ci ilin oktyabr-noyabr aylarında Şroma-Axalşeni hissəsində Soxumini müdafiə edən 101-ci taburda könüllü olaraq iştirak edib.
3 Noyabr 1992-ci ildə Şroma-Axalşeninin kənarında dostları ilə döyüşdə qəhrəmancasına şəhid olub. Vətəni Gürcüstan üçün öz həyatını qurban verib.
