Çox uşaqlı və övlad sahibi olacaq ailələrin nəzərinə - BAŞ NAZİRDƏN AÇIQLAMA
"Ən əsası, biz birbaşa biznesə dəstəyi məhdudlaşmırıq və ailələr üçün mənzil alqı-satqısını dəstəkləmək üçün yeni bir proqrama başlayırıq".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili hesabatı və on illik inkişaf planını təqdim edərkən bildirib.
Hökümət başçısının sözlərinə görə, çoxuşaqlı ailələr, eləcə də övlad sahibi olacaq ailələr ipoteka krediti subsidiyalarından yararlanacaq və bununla da yaşayış şəraitini yaxşılaşdıracaqlar.
"Bu təşəbbüsləri təmin etmək üçün cari və 2022 dövrdə 300 milyon laridən çox vəsait səfərbər ediləcək. Uzunmüddətli perspektivdə yalnız kiçik və orta sahibkarlıq subyektlərində əlavə 100.000 vətəndaşı işə götürə biləcəyik və məhsuldarlıq yüzdə 50% artacaq. Bu gün bu sektorda təqribən 37.000 nəfər çalışır. İslahatın səmərəli həyata keçirilməsi nəticəsində 2030-cu ilədək 30.000-ə qədər yeni iş yeri yaradılacaq. Əsas hədəflərimizdən biri xarici ticarəti inkişaf etdirmək olmalıdır. Bu gün 45 ölkə və bir gömrük inzibati vahidi ilə sərbəst ticarət rejimimiz mövcuddur. Önümüzdəki illərdə 11 ölkəni buna əlavə etmək üçün çalışırıq.
Onu da demək istərdim ki, uzunmüddətli perspektivdə Gürcüstanda istehsal agentliyi 2000-dən çox şirkətin ixracatına kömək edəcək. 2012-ci ildə mal ixracatı 2,4 milyard dollar təşkil etmişdir. Bu rəqəm 2020-ci ildə 3.3 milyard dollar idi. Bizim vəzifəmiz önümüzdəki illərdə ixracatı beş milyard dollara çatdırmaq olmalıdır"-dedi İrakli Ğaribaşvili.
Baş nazirin qeyd etdiyinə görə, bərpa olunan enerji mənbələrinin optimal istifadəsinə böyük diqqət yetiriləcək.
“Enerji təhlükəsizliyini gücləndirmək, əlbəttə ki, əsas vəzifələrimizdən biridir. Yenilənə bilən enerji mənbələrinin optimal istifadəsinə böyük diqqət yetiriləcək. Növbəti on ildə istehsal gücünün yeddi min meqavatı keçəcəyini gözləyirik. Yeni güclərin əksəriyyəti bərpa olunan enerjilərdən əldə ediləcək. Avropanın elektrik enerjisi bazarına birbaşa çıxış əldə etmək üçün Qara dəniz sualtı ötürmə xətti layihəsinin həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək. Artıq bu barədə tərəfdaşlarımız olan Avropa Birliyi ilə danışıqlar aparırıq"- dedi İrakli Ğaribaşvili.


