DİN polisə hücum edən 13 nəfəri saxladı
Daxili İşlər Nazirliyi, Quriada polisə hücum ittihamı ilə 13 nəfəri saxladı.
InterPress.ge xəbər verir ki, Gürcüstanın Daxili İşlər Nazirliyinin Quria Polis Departamentinin əməkdaşları operativ axtarış və istintaq tədbirləri nəticəsində Ureki qəsəbəsində 13 nəfəri saxlayıblar.
Cinayət 4 ildən 7 ilədək həbs cəzası nəzərdə tutur.
İstintaqla müəyyən edilib ki, cari ilin 24 iyun tarixində Ozurgeti Rayon Bölməsinin Ureki Polis Şöbəsi əməkdaşları Ş.L. tutularaq polis inzibati binasına aparılıb.
Daha sonra tutulan şəxsin tanışları polis binasının yaxınlığında toplaşaraq polis əməkdaşlarına hücum ediblər, sözlə və fiziki təhqir ediblər. Hüquq mühafizəçiləri cinayəti törədənləri yaxalayıblar"- məlumatda bildirilir.
Nazirliyin verdiyi məlumata görə, polis məmuruna hücum faktı Gürcüstanın Cinayət Məcəlləsinin 166- cı və 173-cü maddəsi ilə araşdırılır.


