25 
Iyn
2021
19:59
2096

Baş nazirdən açıqlama: Müəllimlərin maaşları bu tarixə kimi 2200 lari olacaq

"Müəllimlərin maaşları tədricən artırılacaq və 2030-cu ilədək ortalama əmək haqqı 2200 larini keçəcək".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Parlamentə illik hesabatın təqdimatı zamanı açıqlama verib.

İrakli Ğaribaşvilinin sözlərinə görə, təhsilin keyfiyyətinə və mövcudluğuna böyük diqqət yetiriləcək.

“Bunun üzərində fəal işləyirik. Həm də məktəblərin bərpası, ümumilikdə infrastrukturun yaxşılaşdırılması, təhsilimizin və elmimizin beynəlxalq səviyyədə inteqrasiyasına diqqət yetiririk. Növbəti 10 ildə ali təhsil 2 milyard 830 milyon lari, elm isə 2 milyard 104 milyon lari ilə maliyyələşdiriləcək. Müəllimlərin maaşları tədricən artırılacaq və 2030-cu ilə qədər əmək haqqı 2200 larini, önümüzdəki illərdə ümumi təhsil büdcəsi 2 milyard 230 milyonu keçəcək. Ali təhsil büdcəsi - 270 milyon və elm büdcəsi - 243 milyon, peşə təhsili büdcəsi 554 mln lariyə çatacaq "dedi Baş nazir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər