Baş nazir açıqladı: Bu şəxslərin yardımları 50 lari artacaq
"1 iyuldan etibarən sosial cəhətdən həssas uşaqlara yardım 50 GEL əvəzinə 100 GEL olacaq".
InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili hesabat və ölkənin on illik inkişaf planının təqdimatı zamanı bildirib.
“Yoxsulluğu və sosial riskləri azaltmaq üçün davamlı olaraq sosial proqramlar və xidmətlər həyata keçirilir.
1 iyuldan etibarən sosial cəhətdən həssas uşaqlara verilən yardımı iki qat artırdıq və hər uşaq üçün 100 lari təyin etdik. Əhatə dairəsi də artır - 100.000 bal əvəzinə 120.000 bala sahib olan uşaqlı ailələrə yardım veriləcək.
"Dövlət Pensiyası Haqqında" qanunun yeni, indeksasiya qaydası ilə, təqaüdçülər 1 yanvar tarixindən etibarən artırılmış pensiya alırlar. Bu gün dövlət təqaüdü 240 GEL-dir. Əlbəttə ki, bu kifayət deyil, artmalıdır və gələcək illərdə də artacaq. Yüksək dağlıq ərazilərdə yaşayan təqaüdçülərə 20% əlavə verilir. Buna görə dağlarda dövlət təqaüdü 288 GEL, 70 və yuxarı yaşda olan təqaüdçülər üçün isə 330 GEL-dir. Əlbətdə ki, bu kifayət deyil, hamımız başa düşürük ki, bu kifayət deyil, amma gördüklərimiz çox yaxşı və lazımlıdır.
Ümumiyyətlə iş yerlərinə, əmək təhlükəsizliyi və işləyən vətəndaşlarımızın hüquqlarının qorunmasına gəlincə, bu günə qədər 42.976 ailəyə (119.043 nəfər) dövlət tərəfindən mənzil və / və ya lazımi maddi yardım verilmişdir. 3000 eko-miqrant ailəsinə mənzil verilib.
2021-ci ilin sonunadək daha 3000 məcburi köçkün və 250-ə qədər eko-miqrant ailəsi mənzillə təmin ediləcək. Əlillərə yardımlar artdı və sosial paket iyul ayından etibarən 250 lariyə qədər artır”, - dedi İrakli Ğaribaşvili.


