Ğaribaşvili: “Yaxın gələcəkdə Delta bazasında, yəhudi şirkəti ilə birlikdə Amerika M4 tüfənglərinin istehsalına başlayacağıq"
"Müdafiə sahəsində bir daha planlarımızı bildirmək istəyirəm. Uzunmüddətli prioritetimiz zireh əleyhinə, hava hücumundan müdafiə, artilleriya, kəşfiyyat və nəzarət, mühəndislik imkanlarını inkişaf etdirməkdir".
InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili hesabat və on illik inkişaf planının təqdimatı zamanı bildirib.
Hökumət başçısına görə, hərbi sənayenin inkişafı prioritet olmalıdır.
“Yaxın gələcəkdə Delta bazasında, yəhudi şirkəti ilə birlikdə Amerika M4 tüfənglərinin istehsalına başlayacağıq. Gələn ildən etibarən beynəlxalq tərəfdaşlarımızla birlikdə Delta bazasında pilotsuz uçuş aparatları istehsal etməyi planlaşdırırıq. Hərbçiləri mənzillərlə təmin etmək layihəmiz çərçivəsində gələn il 1000-dən çox hərbi qulluqçu mənzil sahibi olacaq və bu proses gələcəkdə də davam edəcək. 2030-cu ildə təhlükələrə vaxtında cavab vermək imkanına sahib olan təsirli, müasir təchiz edilmiş döyüş gücümüz olacaq", - dedi İrakli Ğaribaşvili.


