25 
Iyn
2021
16:09
415

Marneulinin kitabxanasında yaz məktəbi açılacaq

Marneulinin ictimai kitbaxnasında Amerika guşəsində yaz məktəbi açılacaq.

InterPress.ge xəbər verir ki, 8- 12 yaşadək uşaqlara qeyri- formal təhsil çərçivəsində ingilis dili təmənnasız öyrədiləcək.

"Bu Amerika guşəsinin ilk layihəsidir. Şagirdlər ingilis dilini müxtəlif oyunlar vasitəsilə yüksək səviyyədə öyrənəcəklər"- Amerika guşəsinin koordinatoru Mələkxanım Quliyeva qeyd edir.

Kitabxananın Amerika guşəsində yaz məktəbinin şagirdləri 1 iyuladək qeydiyyatdan keçə bilərlər. Məktəb isə 5 iyuldan fəaliyyətə başlayacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər