Mərkəz rəhbəri çimərliklə bağlı tövsiyələrdən danışdı
"Heç kim sizə çimərlikdə maska taxmağı tapşırmır, amma 3-4 nəfər çox yaxın oturubsa, profilaktik vasitələrin olması və məsafənin qorunması arzuolunandır".
InterPress.ge xəbər verir ki, bunu Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze veb seminarda bildirib.
Onun sözlərinə görə, koronavirus yüksək temperaturla keçmir, lakin yüksək temperatur insan orqanizminə fərqli təsir göstərir.
"Koronavirusun keçməsi su ilə əlaqəli deyil, həqiqətən su ilə keçə bilməz. Günəşlənməklə də keçə bilməz. Tövsiyələrimiz veb saytdadır və xahiş edirik baxın. Korona yüksək temperatur ilə keçmir, lakin yüksək istilik insan bədəninə fərqli təsir göstərir. Ona görə də bununla bağlı profilaktik tədbirlər görməliyik. Heç kim sizə çimərlikdə maska taxmağı tapşırmır, amma 3-4 nəfər çox yaxın oturubsa, profilaktik vasitələrin olması və məsafənin qorunması arzuolunandır", - dediQamğrelidze.


