25 
Iyn
2021
14:12
396

Batumidə beynəlxalq futbol turniri keçirilir - FOTO

Batumidə beynəlxalq futbol turniri keçirilir.

InterPress.ge xəbər verir ki, Dünya Futbol Federasiyasının təşkilatçılığı ilə 25- 27 iyun tarixlərində Batumidə dünya üzrə futbol turniri keçirilir.

Eyni zamanda Azərbaycanın Futnet Federasiyası və Azərbaycan Respublikasının Diaspora İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Marneuli şəhərində fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) əməkdaşlığı formatında ilk təşəbbüs - Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq turnirdə Azərbaycanın Futnet üzrə milli komandasının formalarının üzərində İnteqrasiya mərkəzinin adı qeyd edilib.

FiFa hakimi və Dünya Futbol Federasiyasının baş katibi Əfqan Həmzəyev InterPress.ge xəbər portalına verdiyi müsahibəsində turnirdə 13 ölkənin 16 komandasının iştirak edəcəyini qeyd etdi.

Həmzəyevin açıqlamasına görə, püşk atma ilə komandalar 4 qrup olaraq mübarizə aparacaqlar.

Turnirin bu gün ilk günüdür və Azərbaycan- Moldova qarşılaşmasında Moldova 2:0 hesabı ilə qalib gəlib.

Turnirdə iştirak edəcək 13 ölkə arasında Albaniya, Yunanıstan, İsrail, İtaliya, İran, Gürcüstan, Moldova, Ukrayna, Uels, Azərbaycan və s. ölkələr yer alır.


Bizimlə əlaqə saxlayın