Gürcüstana idxal edilən pomidor və dondurulmuş toyuq ətində zərərverici maddələr aşkarlandı
Sarp gömrük keçid məntəqəsindən Türkiyədən Gürcüstandan müxtəlif növ meyvə və tərəvəz idxal edilib.
InterPress.ge xəbər verir ki, idxal olunan məhsullarla bağlı Gəlirlər Xidməti məlumat yayır.
Məlumata görə, fitosanitar yoxlanış, yükün növü və bitkilərin sağlamlığı yoxlanarkən 1952 kiloqram pomidorda zərərverici maddə aşkarlanıb. Gürcüstan Hökumətinin N463 saylı qərarına əsasən mallar məhv edilib.
"Poti və Ğulevi Limanları və Poti Sərbəst Sənaye Zonası"nda da idxal şərtlərinə uyğunsuzluğun ikinci faktı aşkarlanıb. Laboratoriya tədqiqatları nəticəsində 82.500 kiloqram dondurulmuş toyuq ətində sağlamlıq üçün təhlükəli maddələr aşkar edilmişdir.
Milli Qida Agentliyinin əmri ilə məhsul istehsal edən şirkətin bir il müddətinə Gürcüstana idxalı dayandırılıb.


