25 
Iyn
2021
13:00
559

Qaz cihazlarının satışı ilə bağlı qaydalar təxirə salındı

Qaz cihazlarının satışı ilə bağlı qaydalar təxirə salınıb.

InterPress.ge xəbər verir ki, qazla işləyən cihazlarda texniki reqlament bir iyul əvəzinə, bir sentyabrda qüvvəyə minəcək.

Nəticə etibarilə, şirkətlər normal olaraq istilik qazanları, soba və digər qaz cihazlarını 1 sentyabr tarixinə qədər heç bir uyğunluq bəyannaməsi olmadan sata biləcəklər.

Xatırlatmaq istəyirik ki, Gürcüstan bazarına su qızdırıcıları, qızdırıcı qazanları, qaz sobaları və digər qazla işləyən cihazları tədarük edən şirkətlər reqlamentə uyğun hazırlanmış sənədlərə sahib olmalıdırlar. Avadanlıq bu prosedurdan keçərsə, istehsalçı cihazın dizayn edildiyi, sağlamlıq və təhlükəsizlik tələblərinə uyğun istehsal edildiyini bildirən əlavə uyğunluq bəyannaməsi tərtib etməlidir.

Bununla birlikdə reqlament özəl sektorun uyğunluq bəyannaməsini yalnız cihazlara tətbiq etmir. Reqlament avadanlıq detallarına da aiddir.

Buna görə də tənzimlənin ağlabatan bir vaxta təxirə saınması biznesin tələbi idi. Özəl sektorun nümayəndələrinin dediklərinə görə, milyonlarla lari dəyərində məhsulları var və əgər qanun 1 iyuldan qüvvəyə minərsə, ciddi maliyyə itkiləri yaşayacaqlar.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər