Gürcüstanda zəlzələ baş verib.
InterPress.ge xəbər verir ki, məlumat Yer Elmləri İnstitutu Milli Seysmik Monitorinq Mərkəzi tərəfindən yayılır.
Məlumata görə, zəlzələ Tbilisi vaxtı ilə 09: 20-də Dmanisidən 25 km cənub-qərbdə, Sameba kəndi yaxınlığında baş verib.
Zəlzələ 3.0 bal gücündə olub.
