Müvafiq namizədlərin adları çəkilərək "sabah Tbilisidə mer seçkiləri keçirilsə kimə səs verərdiniz?" sorğusunun nəticəsi müəyyənləşib.
InterPress.ge xəbər verir ki, araşdırma Edison Research tərəfindən Formula-nın sifarişi ilə həyata keçirilib.
Nəticə belədir:
Birləşmiş müxalifət namizədi - 34%;
Gürcü Arzusu namizədi - 30%;
Qaxarianın "Gürcüstan üçün" partiyasının namizədi - 13%.
Anket çərçivəsində, Gürcüstanda yaşayan 18 və yuxarı yaşda olan 1500 seçici ilə üzbəüz sorğu metodundan istifadə edərək müsahibə aparılıb. Sorğu 7-19 iyun tarixlərində aparılıb. Nəticələrin xətası +/- 3% -dir.
