Tbilisidə, Lisi gölü yaxınlığında güclü yanğın baş verib.
InterPress.ge xəbər verir ki, yanğının Lisi gölü yaxınlığındakı onkoloji xəstəxananın ərazisində baş verdiyi bildirilib.
Hazırda bir neçə xilasetmə qrupu hadisə yerində işləyir, əlavə qruplar isə səfərbər olunur.
