24 
Iyn
2021
14:28
359

Xazaradze: "Bu ölkəyə baxanda ağlıma bir başlıq gəlir- qaçırılan fürsətlər ölkəsi"

Bu ölkəyə baxanda ağlıma bir başlıq gəlir- qaçırılan fürsətlər ölkəsi.

InterPress.ge xəbər verir ki, bu barədə Mamuka Xazaradze qeyd edib.

Onun sözlərinə görə, mədəniyyəti, tarixi, istedadı olan insanlar bu qədər yoxsulluq içində yaşamamalıdır.

"Niyə son 30 ildə bu qədər fürsəti qaçırdıq? Çünki müstəqillik qazandıq, ancaq azad ola bilmədik. 30 ildir borclu olduğumuz xalqa və dövlətlərə sadiqik. Görün nə qədər pul veriblər, bu insanlar bizim üçün nə qədər işlər görüblər. Sizcə burada necə yaşaya bilərik, bizə pul versinlər, ancaq heç bir öhdəliyi yerinə yetirməyək? Yoxsa biz bütün dünyaya gürcü kişinin, millət vəkilinin sözünün üstə durmayan xalq olduğumuzu göstərək?
Bilirsinizmi nə üçün qaçırılan fürsətlər ölkəsiyik və niyə kasıb bir dövlətik? Çünki bu ölkədə həmişə müxtəlif dozalarda başqa- başqa rüşvət olub. Əvvəlki hökumət dövründə elitar korrupsiya var idi. İndi də dəhşətli korrupsiya var! Bəlkə də siz bunu etiraf etmirsiniz. Nepotizmin hökm sürmədiyi bir sahə və dövlət qurumu mövcud deyil"- dedi Xazaradze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər