"Raca-Leçxumi və Kvemo Svaneti bölgəsi yaxın illərdə AB-nin diqqət mərkəzində olacaq"
InterPress.ge xəbər verir ki, bu barədə AB-nin Gürcüstandakı səfiri Karl Harçel "Twitter" sosial şəbəkəsində yazır.
"Buludları keçməklə gözəl Raca-Leçxumi və Kvemo Svanetidəyəm. Bu sahə yaxın illərdə AB-nin diqqət mərkəzində olacaq. Bu gün buradakı insanlarla görüşməyi və bu gözəl bölgəni daha yaxından tanımağı səbirsizliklə gözləyirəm"- Karl Harçel yazır.
Avropalı diplomat, həmçinin həyat yoldaşı ilə Şaori gölündə çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşıb.
