24 
Iyn
2021
13:34
371

İrakli Kobaxidze: "Müxalifət sanksiyaları gözləsin!"

"Partiya Şarl Mişel sənədini imzalamadığı və bu sənədi əsas götürərək bəzi sanksiyalardan danışdığı zaman, bu insanda gülüş yaradır- müxalifət sanksiyaları gözləsin!".

InterPress.ge xəbər verir ki, bu barədə parlament çoxluğunun lideri İrakli Kobaxidze jurnalistlərə açıqlama verib.

"Seçkilərin nəticələri ilə ilk müxalifət partiyası olan Vahid Milli Hərəkat, Şarl Mişel sənədini bu günə qədər imzalamayıb. Müxalifət millət vəkillərinin yarısından çoxu Şarl Mişel sənədini imzalamadı. Bunlar sanksiyalardan danışırlar?! - Hər şeyin həddi var! Partiya Şarl Mişel sənədini imzalamadığı və bu sənədi əsas götürərək bəzi sanksiyalardan danışdığı zaman, bu insanda gülüş yaradır - müxalifət sanksiyaları gözləsin! Biz bu mətnə ​​və əhval-ruhiyyəyə uyğun olaraq diqqətlə hərəkət edirik”, - dedi İrakli Kobaxidze jurnalistlərə.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər