Soso Mangavidze: "Vasadzenin səhhəti anidən pisləşdi"
Levan Vasadze səhhətindəki problemə görə Türkiyədə xəstəxanaların birinə yerləşdirilib.
InterPress.ge xəbər verir ki, bu barədə "Millət" partiyasının lideri Levan Vasadzenin komanda yoldaşı Soso Mangavidzenin məlumat verib.
Mangavidzenin açıqlamasına görə, Vasadzenin səhhəti anidən pisləşdi. Səhhətində yaranan problemin səbəbi Gürcüstanda müəyyənləşdirilə bilmədi və dünən Türkiyəyə yola düşdü.
"Vasadzenin səhhəti pisləşib. Müxtəlif simptomları vardı və müayinə olunmaq üçün Türkiyəyə yola düşdü. O, hazırda xəstəxanadadır. Ümumi zəiflik və nəfəs çatışmazlığı eləcə də başa düşülməyən bir çox başqa simptomlar var. Tibbi tədqiqatları bu gün başladı. Onun zəhərlənməsi barədə məlumat yayılıb. Vasadze sağlam bir insandır, amma hələ də zəhərlənmə ilə bağlı məlumatları ciddi hesab etmirəm"- dedi Magavidze.
"Millət" partiyasının mətbuat xidməti Vasadzenin Türkiyədə olduğunu təsdiqləyir, lakin xəstəxanada qalması barədə məlumatları təkzib edərək Vasadzenin səhhətində problem olmadığını və işgüzar səfərdə olduğunu bildirir.


