Pandemiya zamanı tətbiq olunan cərimələr ləğv edilir
"Təcrid, karantin və maska taxma qaydalarını pozduqları üçün cərimələnən şəxslər cəriməni ödəməkdən azad ediləcəklər".
InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Ğaribaşvili bu gün keçirdiyi brifinqdə bəyan edib.
Baş nazirin sözlərinə görə, təşəbbüs artıq Parlamentə təqdim olunub.
“Bu gün parlamentə pandemiya şəraitində tətbiq olunan qaydaları pozduqlarına görə inzibati və ya cinayət məsuliyyətinə cəlb olunanlara dair iki qanun layihəsi təqdim edildi. Təşəbbüsə əsasən, amnistiya tətbiq ediləcək və 245 mindən çox vətəndaş və 344 hüquqi şəxs həm cinayət məsuliyyətindən, həm də inzibati cərimələrdən azad ediləcək. Söhbət təcrid, karantin və maska taxma qaydaları pozulduğuna görə tətbiq olunan 76 milyon GEL-ə yaxın ödənilməmiş cərimələrdən gedir. Bu qərarı, əlbətdə ki, pandemiyanın yaratdığı ağır sosial-iqtisadi vəziyyəti nəzərə alaraq verdik", - dedi Baş nazir.


