19 
Apr
2020
10:39
3300

Gürcüatanda fövqəladə rejim elan edildikdən 18 aprelədək yazılan cərimələrin STATİSTİKASI

Fövqəladə vəziyyət rejimi elan edildikdən aprelin 18-dək polis əməkdaşları 4500-dən çox cərimə yazıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin saytındakı məlumatda bildirilir.

Martın 21-də koronavirusun yayılması təhlükəsi üzündən Gürcüstanda fövqəladə vəziyyət elan edildi. 10 gündən sonra ölkədə komendant saatı tətbiq olundu və aprelin 17-də avtomobillərdən icazəsiz istifadəyə qadağa qoyulması ilə qaydalar daha da sərtləşdirildi.

Ən çox cərimə 31 Martda tətbiq edilən komendant saatı qaydalarının pozulmasına görə verilib. Ümumilikdə bu müddət ərzində 1500-dən çox insan cərimələnib.

İkinci yerdə avtomobildə hərəkət qaydaları pozulduğuna görə yazılan cərimılərdir. Ümumilikdə qısa müddət ərzində - 31 martdan təxminən 1,2 min nəfər bunun üçün cərimələnib.

Üçüncü yerdə bir yerə toplaşmağa qoyulan qadağanı pozanlar yer alır, əvvəlcə 10 nəfər qadağan idi, martın 31-dən sonra isə üç nəfərdən çox adamın bir yerə toplaşması qadağan olundu. Belə bir qayda pozuntusuna görə 1,1 mindən çox insana cərimələnib.

Qalan 725 cərimə isə özünü təcridetmə və iqtisadi fəaliyyətin qadağan edilməsi şərtlərini pozanlar arasında bölüşdürülür.

Qeyd edək ki, fövqəladə vəziyyət rejimi pozulduğu təqdirdə fiziki şəxslərə 3 min lari, hüquqi şəxslərə isə 15 min lari cərimə tədbiq olunur. Eyni hal təkrarlanarsa 3 il həbs cəzasına məhkum olunur.

Bizimlə əlaqə saxlayın